Müsəlmanlar ABŞ-dan qaçırlar: "Gedirik..." - FOTO

Müsəlmanlar ABŞ-dan qaçırlar: "Gedirik..." - FOTO
10:12 13 Mart 2017
107 Dünya
Ölkə mətbuatı
A- A+

Burada qalmaq, yaşamaq artıq çətindir. Yeni prezident müsəlmanlara qənim kəsilib. Başqa çıxış yolumuz qalmayıb.

ABŞ-Kanada sərhədini keçən 49 yaşlı Əminə Mert belə deyir. O, Birləşmiş Ştatları tərk edən və Kanadaya üz tutan minlərlə, on minlərlə müsəlmandan biridir.

... Nyu-York ştatının şimalı, kiçik Çempleyn şəhərciyi. Son aylarda bu şəhərcik köç məkanına çevrilib. Birləşmiş Ştatları tərk edərək Kanadaya mühacirət edənlər bu şəhərə gəlir, sonra Hemminqford kəndinə gedirlər.

Milli.Az ABC-yə istinadən bildirir ki, kəndin şimal həndəvərindən cəmi 100-150 metr aralıda Kanada sərhədidir.

Birləşmiş Ştatlardan çıxan mühacirləri burada Kanadanın Süvari Polisi qarşılayır.

Amerikalıların Kanadaya qaçdıqları digər keçid məntəqəsi, daha doğrusu məkan isə Rokhem Rouddur.

Nyu-Yorkun şimal-şərqinə toplaşmış insanların dediklərinə görə, ABŞ prezidenti Donald Trampın miqrasiya qanunlarını sərtləşdirməsi, xüsusilə də müsəlmanların ABŞ-a girişini məhdudlaşdırmasından sonra onlar ölkəni tərk etmək qərarına gəliblər.

Rokhem Rouddan Kanadaya keçən ailələrdən biri də türk Mertlərdir. Onlar 4 nəfərdən ibarət pakistanlı ailə ilə birlikdə Çempleynə gəliblər.

Kanada polisi amerikalı miqrantları normal qarşılayır, onları miqrasiya düşərgələrinə yollayırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində













Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR