Milli komandamızdan 6 qızıl medal

Milli komandamızdan 6 qızıl medal
10:17 13 Mart 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiyanın Eyndhoven şəhərində keçirilən "Dutch Open” beynəlxalq turnirinə yekun vurulub.


Fanat.Az xəbər verir ki, G1 kateqoriyalı yarışın son günündə Azərbaycanın gənc və böyüklərdən ibarət yığma komandaları daha 5 medal qazanıb.


45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan gənc taekvondoçu Xanoğlan Kərimov, böyüklərdən isə Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq) və olimpiya çempionu Radik İsaev (+87 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Qadın taekvondoçu Darya Şkurko (62 kq) finala yüksəlsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub.


Qeyd edək ki, yarışın ilk günündə böyüklər arasında mübarizədə Ramin Əzizov (87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayxan Tağızadə (68 kq) bürünc, gənclərdən isə Ayaz Qənbərli (51 kq) gümüş, Cavad Ağayev (63 kq) bürünc medala sahib olub. Beləliklə, milli komandalarımız İki gün davam edən beynəlxalq turniri 6 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 10 medalla başa vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-milli-komandamzdan-6-qzl-medal-t56875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR