Bakıda görünməmiş su fırıldaqçılığı...

Son bir neçə ayda su filtri satan, fırıldaqçılıqla məşğul olan firmalar fəallaşıb. Onlar insanları aldadır, məhsullarını almağa məcbur edirlər. Firmaların ilk işi mənzilin sahibini suyun analizi üçün razı salıb, onların istifadə etdiyi suyun yararsız olduğuna inandırmaqdır. Bu yalana inanan insanlar 500 manatlıq filtri 1500 manata almağa məcbur olur.

Məsələ ilə bağlı "Azad İstehlakçılar Birliyin"in sədri (AİB) Eyyub Hüseynov Metbuat.az-a maraqlı açıqlama verib:

“Ötən ilin noyabrında “Azərsu” ASC-nin təmizləyici qurğularına baxış keçirdim və məlum oldu ki, Bakıda əhaliyə verilən su kifayət qədər mükəmməl üsullarla təmizlənir. Lakin su infrastrukturunda köləlik var. Bu məsələ ilə bağlı bizə də kifayət qədər şikayət daxil olub. 20-yə yaxın su filtri satan firmalar insanlara heç bir elmi sübutu olmayan, primitiv təcrübələr göstərir və məhsullarını satır. Bunların arasında suyu təmiz edəni də var, etməyəni də. Ümumiyyətlə, bu məsələ ilə bağlı "Azad İstehlakçılar Birliyi" (AİB) monitorinq keçirməyə, araşdırma aparmağa hazırlaşır”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR