Ulduz futbolçu klubundan ayrılır

"Bayer Münhen" klubu Xavi Alonsonun gələcək karyerası ilə bağlı açıqlama yayıb.

Metbuat.az məlumat verir ki, klub rəhbərliyi ispan futbolçunun mövsümün sonunda komandadan ayrılacağını bildirib. Alonso özü isə açıqlamasında qeyd edib ki, bu qərarı vermək o qədər də asan olmayıb: "Komandada oynadığım və bu ailənin bir parçası olduğum üçün inanılmaz dərəcədə qürurlu və sevincliyəm".

Qeyd edək ki, Xavi Alonso 18 illik karyerası boyunca " Real Sosyedad", "Eybar", "Liverpul", "Real Madrid", "Bayer Münhen" kimi məşhur klublarda oynayıb, 2005 və 2014-cü illərdə UEFA Çempionlar Liqasının, 2005- ci ildə UEFA Super Kubokunun, 2012-ci ildə La Liqanın, 2015 və 2016-cı illərdə isə Bundesliqanın çempionluğunu yaşayıb.

Sərdar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR