Sumqayıtda 20 mikroavtobus xəttən çıxarıldı

Sumqayıtda  20 mikroavtobus xəttən çıxarıldı
10:27 13 Mart 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sərnişindaşıma ilə məşğul olan mikroavtobuslarla bağlı reydlər keçirib.

Reydlər bütün şəhər ərazisində, xüsusən də avtovağzalda baş tutub.

Milli.Az xəbər verir ki, Sumqayıt şəhər DYPŞ-dən avtosfer.az-a verilən məlumata görə, reydlər nəticəsində 20 mikroavtobus cərimə meydançasına aparılıb. Onların bir çoxunda əlavə oturacaqlar quraşdırıldığı və Bakı-Sumqayıt xətti üzrə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üzə çıxıb.

Həmin mikroavtobuslar arasında "Ford"lar çoxluq təşkil edir. Onların bir çoxunu idarə edənlərin sənədləri qaydasında olmayıb. Bundan başqa, sürücülük vəsiqəsi sərnişindaşıma fəailiyyətinə uyğun gəlməyənlərin də mikroavtobus idarə etməsi halları müəyyən edilib.
Hazırda DYP əməkdaşları Sumqayıt şəhəri ərazisində reydləri davam etdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR