“Telegram” zənglər funksiyasının sınaqlarına başlayıb

“Telegram” zənglər funksiyasının sınaqlarına başlayıb
10:35 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Telegram” messenceri səsli zənglər funksiyasının sınaqlarına başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, zənglər “end-to-end” şifrləməsi ilə mühafizə olunur. İstifadəçiyə zəng edə biləcək kontaktlar siyahısını məhdudlaşdırmaq və ya tamamilə qadağan etmək mümkündür.

Məlumata görə, funksiyanı messencerin beta versiyasını quraşdıran bütün istifadəçilər sınaqdan keçirə bilər. Hazırda bunu yalnız təkrar qeydiyyatdan keçməklə xüsusi serverdə etmək olar.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46594-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR