ERMƏNİ TƏXRİBATI - "Bu gün və sabah cəbhədə ağır döyüşlər gözlənilir"

Ötən gün ordumuz düşmənin dayaq məntəqəsini artilleriya atəşi ilə darmadağın etdi. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə vurulan artilleriya atəşi nəticəsində düşmən 5 nəfərədək itki verib.

Cəbhədə baş verənlərlə bağlı Metbuat.az-a açıqlama verən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, bu gün və sabah təxribatların olması gözlənilir:

“Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinə xəbərdarlıq edib ki, onlar etdikləri hərəkətə görə ən sərt şəkildə cavab alacaqlar. Canlı qüvvə və infrastruktur cəhəttdən atılan addımların əvəzini ödəməli olacaqlar. Azərbaycan Silahlı Qüvvələri daim müşahidə aparır. Hansı istiqamətdə bizim əsgər və zabitlərimizə təhlükə varsa, o təhlükə zərərsizləşdirilir. Birmənalı olaraq, Azərbaycan ordusu düşmənin hərəkətlərini cavabsız qoymur və qoymayacaq. Biz demişik, onlar minaatanlardan atəş atacaqlarsa, biz də onu artillieriya zərbəsi ilə cavablandıracağıq. Artileriya zərbəsilə atəş atacaqlarsa, onun daha ağır silahla cavabı veriləcək. Təəccüblü bir şey yoxdur, Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir. Bu gün və sabah təxribatların olması gözləniləndir. Çünki sabahdan Ermənistan prezidentinin Rusiyaya səfəri başlayır. Ruisya şikayətlənmək üçün Serj Sarkisyana bəhanə lazımdır. Bir neçə gün öncə Faransa prezidentinə şikayətlənirdi ki, Qarabağda Azərbaycan tərəfi vəziyyəti gərginləşdirir. Azərbaycan heç nədən çəkinmədən düşmənin canlı qüvvəsini və texnikasını sıradan çıxarmaqda davam edəcək. Bu bizim haqqımızdır."

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR