Batumidə iğtişaşlar zamanı 10 avtomobil yandırılıb, infrastruktura ziyan vurulub

Batumidə iğtişaşlar zamanı 10 avtomobil yandırılıb, infrastruktura ziyan vurulub
10:42 13 Mart 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Batumidə iğtişaşlar zamanı 10-dan artıq avtomobil yandırılıb.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Acarıstan hökumətinin rəhbəri Zurab Pataradze bildirib.
Onun sözlərinə görə, şəhərin infrastrukturuna da ziyan vurulub.
O, həmçinin dəymiş zərərin dəqiq müəyyənləşdirilməsi ilə məşğul olacaq xüsusi komissiya yaradıldığını əlavə edib.
Qeyd edək ki, Gürcüstan baş naziri Giorgi Kvirikaşvili dünən Batumiyə yollanıb.
Xatırladaq ki, martın 12-nə keçən gecə baş verən iğtişaşlar nəticəsində Batumi xəstəxanasına 33 nəfər, o cümlədən 15 polis çatdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/batumide-igtisaslar-zamani-10-avtomobil-yandirilib-infrastruktura-ziyan-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR