"Barselona" klubu yeni müqavilə üçün Lionel Messiyə 40 milyon avro bonus ödəyəcək

"Barselona" klubu yeni müqavilə üçün Lionel Messiyə 40 milyon avro bonus ödəyəcək
10:42 13 Mart 2017
124 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu yeni müqavilə imzalaması üçün Lionel Messiyə 40 milyon avro bonus ödəyəcək.
"Report"un "El Mundo Deportivo"ya istinadən veridyi məlumata görə, 29 yaşlı argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə mövcud sövdələşməsinin müddəti 2018-c ilin yayında başa çatacaq. Bu səbəbdən, "Barselona" rəhbərliyi Messi ilə əməkdaşlığı davam etdirmək üçün mümkün variantları gözdən keçirir.
Daha əvvəl argentinalı futbolçuya illik 35 milyon avro maaş təklif olunacağı bildirilirdi.
Qeyd edək ki, "Barselona" klubunun yetirməsi olan Lionel Messi 17 noyabr 2003-cü ildə əsas komandada debüt edib. O, Kataloniya təmsilçisinin heyətində keçirdiyi 372 oyunda 335 qola imza atıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-klubu-yeni-muqavile-ucun-lionel-messiye-40-milyon-avro-bonus-odeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR