"Azərişıq" Cocuq Mərcanlida yeni stansiya tikir

"Azərişıq" Cocuq Mərcanlida yeni stansiya tikir
10:47 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Cocuq Mərcanlida 35 KV-luq yarımstansiya tikilməsi planlaşdırılır. Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Qurumun açıqlamasında deyilir ki, Cəbrayil rayonunun aprel döyüşlərində azad edilmiş torpaqlarını və ətraf əraziləri, həmçinin hərbi obyektləri fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə "Cocuq Mərcanlı" yarımstansiyasının tikilməsi planlaşdırılır: “Bununla yanaşı, Cəbrayıl rayonu ərazisində yerləşən və ötən ilin aprel döyüşlərində azad edilən Lələtəpə yüksəkliyinə hava xətlərinin çəkilməsi üçün prosesə başlanılıb. Artıq çətin və təhlükəli şərait olmağına baxmayaraq yüksəklikdə elektrik dayaqları basdırılıb və yaxın müddətdə hava xətlərinin məftilləri də çəkiləcək”.



Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerisiq-cocuq-mercanlida-yeni-stansiya-tikir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR