Evlilik verilişindəki azərbaycanlı qızın YENİ VİDEOSU YAYILDI - EHTİRASLI ANLAR

Evlilik verilişindəki azərbaycanlı qızın YENİ VİDEOSU YAYILDI - EHTİRASLI ANLAR
10:48 13 Mart 2017
445 Şou
Ölkə mətbuatı
A- A+

Zuhal Topalın evlilik verilişində qalmaqalları ilə gündəmə gələn Naz Milanın daha bir rəqs videosu yayılıb.

Publika.az xəbər verir ki, azərbaycanlı gəlin namizədi sosial şəbəkədə rəqs videosunu paylaşıb. Naz cəlbedici rəqsi ilə böyük diqqət çəkib. Bir neçə saat ərzində onun rəqsini 75 mindən çox adam izləyib.

Xatırladaq ki, Naz Mila həmyerlisi və model Əli Əkbər adlı bəy namizədiylə yenidən barışmaq üçün ikinci şans istəmişdi. Əli ona şans versə də, ötən həftə Nazın sərt çıxışlarından sonra model ondan ayrılmağa qərar verib və öz namizədlərini görməyə davam edib. Naz Əlinin könlünü almağa çalışsa da, azərbaycanlı model ona inanmadığını vurğulayıb.

Qeyd edək ki, Naz Mila bir dəfə evli olub və onun bir qızı var. O, bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və bir gündən sonradan nişanı qaytarıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/191131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR