Rusiyada azərbaycanlı iş adamları öldürüldü – 17 milyonu apardılar

Rusiyada azərbaycanlı iş adamları öldürüldü – 17 milyonu apardılar
10:49 13 Mart 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnodar şəhərində iki azərbaycanlı iş adamı qətlə yetirilib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, onlar yaşadıqları evin liftində öldürülüblər.

Yerli polis artıq 2 şübhəlini saxlaya bilib. Onlardan biri polis işçisidir. Digəri isə həmin  iş adamlarının şirkətinin əməkdaşı olub.

İstintaq nəticəsində məlum olub ki, azərbaycanlı biznesmenlər həmin gün Moskvaya yola düşməliymişlər. Onların üstündə isə 17 milyon rubl (təxminən 280 min dollar) pul olub. İlkin ehtimala görə, bu barədə şirkətin əməkdaşı da xəbərdar imiş.

Hazırda istintaq davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269672

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR