Meksika çempionatının növbəti turu hakimlərin tətili üzündən təxirə salınıb

Meksika çempionatının növbəti turu hakimlərin tətili üzündən təxirə salınıb
10:52 13 Mart 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Futbol üzrə Meksika çempionatının növbəti turu hakimlərin tətili üzündən qeyri-müəyyən müddətədək təxirə salınıb.
"Report"un Meksika Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ədalət təmsilçiləri öz işlərini yerinə yetirməkdən imtina ediblər.
Yerli mətbuat yazır ki, referilər onlara hücum edən "Amerika"nın oyunçusu Pablo Agilar və "Toluka"nın futbolçusu Enrike Triverionun müvafiq olaraq, 10 və 7 oyunluq cəzalanmalarından narazı qalıblar. Ədalət təmsilçiləri bu cəzanı yüngül sayıblar.
Oyunların yeni tarixləri hələ müəyyənləşməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/meksika-cempionatinin-novbeti-turu-hakimlerin-tetili-uzunden-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR