Azərbaycanda məhsuldarlığı artıran YENİ MADDƏ YARADILDI

Azərbaycanda məhsuldarlığı artıran YENİ MADDƏ YARADILDI
11:08 13 Mart 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yeni boy maddələri yaradılıb.

AMEA-dan Publika.az-a verilən məlumata görə, sahə sınaqlarından uğurla keçən maddə meyvə və bitkilərdən yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Belə ki, boy maddəsinin 20 qramı 400 litr suda həll edilir və 180 kq pambıq çiyidi 24 saat məhlulda saxlanıldıqdan sonra sahəyə səpilir. Nəticədə 100%-lik göstərici əldə edilir və sürətlə böyüyən bitkinin qozalarının sayı dəfələrlə çox olur.

Qeyd edək ki, sözügedən maddə ətraf mühit üçün ekoloji gərginlik yaratmır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/191137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR