Əfqanıstanda qızıl axtaran 8 nəfər qar uçqunu altında qalaraq ölüb

Əfqanıstanda qızıl axtaran 8 nəfər qar uçqunu altında qalaraq ölüb
11:12 13 Mart 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Əfqanıstanın şimal-şərqində yerləşən Bədəhşan əyalətində qar uçqunu nəticəsində səkkiz nəfər ölüb, yeddi nəfər yaralanıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Komitəsinin regional idarəsindən məlumat veriblər.
Məlumata görə, faciə Tacikistanla sərhəd ərazidə yerləşən Şahri-Buzurq mahalında dünən günün ikinci yarısında, yerli sakinlərin bir qrupu dağda qızıl yuyulması ilə məşğul olan zaman baş verib.
Uçqundan sağ çıxmış yeddi nəfərin vəziyyətinin kritik olduğunu bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-qizil-axtaran-8-nefer-qar-ucqunu-altinda-qalaraq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR