Ötən il Naxçıvanda 1403 ton bal istehsal olunub

Ötən il Naxçıvanda 1403 ton bal istehsal olunub
11:12 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında ötən il arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 335 min 600 manat, ümumilikdə son beş il ərzində 2 milyon 341 min 600 manat həcmində kredit verilib.
"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hazırda Naxçıvanda 70 min 537 arı ailəsi var. 
Məlumata görə, bu da 1996-cı illə müqayisədə 8,8 dəfə çoxdur. Ümumi arı ailələrinin 9056-sı Şərur, 9736-sı Babək, 13573-ü Ordubad, 13710-u Culfa, 1607-si Kəngərli, 20195-i Şahbuz, 645-i Sədərək rayonlarının, 2015-i isə Naxçıvan şəhərinin payına düşür.
Komitədən bildirilib ki, muxtar respublika arı ailələrinin sayı göstəricisinə görə ölkə üzrə ilk yerdə qərarlaşıb. 
2016-cı ildə Naxçıvanda 1403 ton bal istehsal olunub. Bal istehsalı bir il öncəyə nisbətdə 0,5 faiz, 1995-ci illə müqayisədə isə 14,6 dəfə çox olub.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/oten-il-naxcivanda-1403-ton-bal-istehsal-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR