“Zirə” Gəncədə, “İnter” “Sumqayıt”a qarşı - YENİLƏNİR

“Zirə” Gəncədə, “İnter” “Sumqayıt”a qarşı -   YENİLƏNİR
11:17 13 Mart 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Premyer Liqada IV dövrəyə start veriləcək. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin Qətərlə oyunu ilə əlaqədar vaxti dəyişdirilən XXII turun görüşləri iki gün davam edəcək.

 

Sonuncu dövrəyə Gəncədə start veriləcək. Bu il qələbə qazana bilməyən “Kəpəz” evdə uduzmadığı “Zirə”ni sınağa çəkəcək. Mövsümün ikinci yarısının ən yaxşılarından olan Ayxan Abbasovun yetirmələri 4-cü sıradakı mövqeyini möhkəmlətmək əzmindədi. Şahin Diniyevin komandası isə “Neftçi”ni keçmək üçün mütləq qələbə qazanmalıdı.

 

İlk “üçlük”də qalmaq iddiasında olan “İnter” “Sumqayıt”ı qəbul edəcək. Ardıcıl uğursuzluqlarla avrokubok şansını çətinə salan Samir Abasovun yetirmələri iddialı rəqibini büdrətməyə ümidlidi. Zaur Svanadzenin komandası isə “Qəbələ” məğlubiyyətini unutdurmaq üçün meydana çıxacaq.


Qeyd edək ki, sabah "Qarabağ" AZAL-ı qəbul edəcək, "Qəbələ" "Neftçi"nin qonağı olacaq.


Premyer Liqa

2016/17 mövsümü

IV dövrə, XXII tur


13 mart

15.00 Kəpəz - Zirə

Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Rauf Hüseynli.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

Gəncə şəhər stadionu.


18.00 İnter - Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə.

AFFA nümayəndəsi: Eldar Qasımov.

Hakim-inspektor: Şahin Cəfərov.

“İnter Arena”.


1. Qəbələ 21 13 7 1 41-11 46

2. Qarabağ 21 14 3 4 36-11 45

3. İnter 21 9 9 3 31-21 36

4. Zirə 21 8 5 8 20-22 29

5. Sumqayıt 21 6 7 8 20-28 25

6. Neftçi 21 6 2 13 16-35 20

7. Kəpəz 21 3 9 9 14-24 18

8. AZAL 21 1 6 14 9-35 9


Bombardirlər: Filip Ozobiç (Qəbələ) - 11. Baqali Dabo (Qəbələ), Rauf Əliyev (İnter) - 7.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-zir-gncd-nter-sumqayta-qar-t56878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR