Azərbaycan Beynəlxalq Bankı Novruz kampaniyaları keçirir

Azərbaycan Beynəlxalq Bankı Novruz kampaniyaları keçirir
11:22 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) Novruz Bayramı münasibətilə 13-31 mart tarixlərində 2 güzəştli kampaniyasına start verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Bunlardan birincisi depozitlərlə bağlıdır. Kampaniya müddətində Bankda manat depoziti yerləşdirən müştərilərin illik gəlirliyinə 1% əlavə olunacaq. ABB-də depozit yerləşdirən müştərilərə ödəniş kartları hədiyyə edilir və depozitin müəyyən həcmində kredit əldə etmək imkanı yaradılır.
Bankın eyni müddətdə həyata keçirdiyi digər bir kampaniya isə “Visa” və “MasterCard Gold” və “Platinum” kartlarını 50% endirimlə əldə etmək fürsəti verir. Belə ki, müştərilər kampaniya ərzində “Gold” kartlarını cəmi 15 manata, “Platinum” kartlarını isə 25 manata əldə edə bilərlər. Kart sahibləri üçün "MobilBank" və "İnternetBank" xidmətləri tam pulsuzdur. 
Kampaniyalar barədə www.ibar.az/individual/novruz-qazanciniz-bol-olsun/ linkindən ətraflı məlumat almaq mümkündür.
Xatırladaq ki, 36 filiala və 40 şöbəyə malik olan ABB-nin səhmlərinin əsas hissəsi Azərbaycan dövlətinə məxsusdur. Bank hazırda aktivlərinin həcmi, müştəri bazası, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. ABB-nin məhsul və xidmətləri barədə www.ibar.az səhifəsi, Bankın filial və şöbələri, habelə 937 nömrəli Məlumat Mərkəzindən daha ətraflı məlumat əldə etmək olar.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-novruz-kampaniyalari-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR