Hakimlər oyuna çıxmadılar - Çempionat təxirə salındı

Hakimlər oyuna çıxmadılar - Çempionat təxirə salındı
11:27 13 Mart 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Meksika çempionatının növbəti turu hakimlərin tətili üzündən qeyri-müəyyən müddətədək təxirə salınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, ədalət təmsilçiləri öz işlərini yerinə yetirməkdən imtina ediblər.

Yerli mətbuat yazır ki, referilər onlara hücum edən "Amerika"nın oyunçusu Pablo Agilar və "Toluka"nın futbolçusu Enrike Triverionun müvafiq olaraq, 10 və 7 oyunluq cəzalanmalarından narazı qalıblar. Ədalət təmsilçiləri bu cəzanı yüngül sayıblar.

Oyunların yeni tarixləri hələ müəyyənləşməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR