Tanınmış aparıcı efirdə insan beyni yedi

"CNN International"da yayımlanan “Believer” (“Ateist”) sənədli filminin bu dəfəki “Ölülərini yeyənlər” bölümü izləyicilər arasında sözün əsl mənasında böyük səs-küyə səbəb olub.

Metbuat.az xəbər verir ki, İran əsilli aparıcı Rza Aslanın Hindistanın Varanasi şəhərində yaşayan Aqori tayfaları haqda hazırladığı süjet tükürpədici faktlarla zəngindir. Gizli şəkildə həyat tərzi sürən və son zamanlar sayları kəskin şəkildə azalan bu tayfa insanın ən böyük qorxusunun ölüm olduğuna inanır. Bunun özünüinkişafa maneə olduğunu düşünən aqorilər ölümlə üzləşməyin yolunu ölüləri yeməkdə görürlər. Bu mədəniyyətə görə din adamları, uşaqlar, evlənməmiş və ya hamilə qadınlar yandırılmırlar, öldükdən sonra çaya atılırlar. Sağ qalan aqorilər isə çayla gələn ölü bədənləri çiy-çiy yeyərək, inanclarına uyğun olaraq ölülərin külləri ilə bədənlərini boyayırlar.

Çəkilişlər zamanı çətin anlar yaşayan aparıcı əvvəlcə insan beynindən hazırlanmış içkiyə qonaq olub. Ardinca isə, ondan bişirilmiş insan beyninin parçalarını yeməsi istənilib.

Çaşqınlıq içində olan 44 yaşlı aparıcının üzü sonda aqorilər tərəfindən insan külünə boyanıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR