"Topaz"da uduzdu, atasını öldürdü, anasını bıçaqladı - DƏHŞƏT

"Topaz"da uduzdu, atasını öldürdü, anasını bıçaqladı -   DƏHŞƏT
11:37 13 Mart 2017
190 İdman
Ölkə mətbuatı
A- A+

Dünən Bakı şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 


Fanat.Az lent.az-a istinadən xəbər verir ki, Əbilov küçəsi ev 18/12 ünvanında atası 55 yaşlı Sadiq Sadıqovu bıçaqlayaraq öldürən 30 yaşlı Emin Sadıqovun külli miqdarda qumar borcu olub. Xeyli vaxtdır, mərc oyunları ilə məşğul olan Eminin külli miqdarda borcu yaranıb və hadisə bu səbəbdən baş verib.

 

Bildirilir ki, E.Sadıqov məhz qumar borcuna görə oğurluq etdiyi üçün məhkum edilib. Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham edilən gənc bir neçə ay əvvəl həbsxanadan çıxıb və köhnə vərdişindən əl çəkməyərək yenidən mərc oyunlarına pul qoymağa başlayıb. Nəticədə çıxılmaz vəziyyətə düşən E.Sadıqov atasında evi satmasını istəyib. Sadiq Sadıqov buna etiraz etdikdə evdə münaqişə yaranıb və oğul atasının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürüb. Eminin atasını öldürməsinə mane olmaq istəyən anası Yasəmən Sadıqova da bıçaq xəsarətləri alıb. 


Araşdırmalar davam etdilir. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quottopazquotda-uduzdu-atasn-oldurdu-anasn-bcaqlad-t56879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR