Hokkey tarixində ən uzun sürən oyun keçirilib

Hokkey tarixində ən uzun sürən oyun keçirilib
11:37 13 Mart 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Hokkey üzrə Norveç çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Storhamar" - "Sparta" görüşü bu idman növünün tarixində ən uzun sürən oyun olub. 
"Report"un məlumatına görə, Hamar şəhərində baş tutan matç 217 dəqiqə 14 saniyə çəkib və 11 dövrəni əhatə edib.
Yerli vaxtla saat 18:00-da başlayan oyun 02:32-də başa çatıb və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, əvvəlki rekord 1936-cı ildə Milli Hokkey Liqasında "Detroyt"la "Monreal" arasında baş tutan matça təsadüf edib. Həmin vaxt hokkeyçilər 176 dəqiqə 30 saniyə buz üzərində qalıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/hokkey-tarixinde-en-uzun-suren-oyun-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR