Azərbaycanlı iş adamlarının qatilləri tutuldu- Biri polisdir

Azərbaycanlı iş adamlarının qatilləri tutuldu- Biri polisdir
11:53 13 Mart 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir həftə öncə Rusiyanın Krasnodar şəhərində liftə ölü tapılan iki azərbaycanlı iş adamının qətli bağlı yeni təffərrüatlar məlum olub.

Cinayət işi bağlı 17-39 yaş arası 4 nəfər saxlanlıb. Onlardan biri polis işçisi, digəri isə həmin iş adamlarının şirkətinin əməkdaşı olub.

İstintaq nəticəsində məlum olub ki, azərbaycanlı biznesmenlər 7 mart tarixində Moskvaya yola düşməliymişlər. Onların əlində içərisində 17 milyon rubl pul olan 3 çanta olub. İlkin ehtimala görə, bu barədə şirkətin əməkdaşı xəbərdar olub. Məhz buna görə, onlar avtomobillə azərbaycanlıların yaşadığı binaya gələrək liftin qarşısında hədəfi gözləyiblər.

Qapılar açılan kimi adı açıqlanmayan 37 yaşlı şəxs soyuq silahla biznesmenlərin başlarından vurub. Daha sonra hər iki azərbaycanlını güllələyiblər.

Hazırda cinayəti törədən qrupun bütün üzvləri saxlanılıb və ifadələri alınıb. Faktla bağlı istintaq davam etdirilir. (azvision.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR