Ramos: ""Barselona" hər mənada tarixi geri dönüş etdi"

Ramos: ""Barselona" hər mənada tarixi geri dönüş etdi"
11:57 13 Mart 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" La Liqanın 27-ci turunda "Betis"i 2:1 məğlub edib.

"Barselona"nın eyni hesabla "Deportivo"a uduzmasından yararlanan Madrid klubu liderliyi ələ keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçda "Real"ın qələbə topunu vuran Serxio Ramos qələbəni belə şərh edib:

"Futbolda əhəmiyyətli olan nəticədir. Amma "Real"da azarkeşlərə həzz vermək üçün performansını təkmilləşdirməlidir. Yenidən qol vurmağıma sevinirəm. Qolu həyat yoldaşıma həsr edirəm. Qəribə oyun keçdi. "Betis" yaxşı müdafiə olundu. Ələ düşən bir neçə imkanı qola çevirə bilmədik. Buna görə əks-hücumlara çıxmağa başladıq.

Turnir cədvəlində zirvəyə yüksəlmək üçün qələbə çox vacib idi. "Santiago Bernabeu"da oynamaq çətindir. Publikanın gözləntiləri böyükdür. Oyunçular səhv edəndə onları başa düşmək lazımdır. Keylor "Betis"in bərabərlik qolunu vurmasına mane olaraq gözəl seyv etdi. Onun biraz özünə gəldiyini görmək mənə xoş oldu".

Ramos əzəli rəqibləri "Barselona"nın Çempionlar Liqasında PSJ-ni 6:1 məğlub edərək mərhələ adlaması ilə bağlı bunları deyib:

"Barselona" hər mənada tarixi geri dönüş etdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR