96 nəfər qidadan zəhərlənib, 3-ü dünyasını dəyişib

96 nəfər qidadan zəhərlənib, 3-ü dünyasını dəyişib
12:05 13 Mart 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin fevral ayı ərzində Azərbaycanda əhali arasında 36 qida zəhərlənməsi baş verib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu hadisələrdən 52 nəfər zərər çəkib.

Fevral ayında 2 botulizm hadisəsi baş verib ki, bundan da 4 nəfər zəhərlənib. Qida zəhərlənmələri nəticəsində 2 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət zəminində hazırlanan məhsullardan baş verib.

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 67 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 96 nəfər zərər çəkib, 3 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib, nəticədə 924 nəfər zəhərlənib. Ötən il 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR