Xaqani Məmmədov: "Barselona" - PSJ matçındakı penaltilərə görə hamı başını tutdu"

Xaqani Məmmədov: "Barselona" - PSJ matçındakı penaltilərə görə hamı başını tutdu"
12:17 13 Mart 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti Litvanın paytaxtı Vilnüsdə UEFA-ya üzv olan ölkələrin Hakimlər Komitəsinin sədrləri, təlimatçılar və fiziki hazırlıq üzrə məşqçilər üçün keçirilmiş seminarda iştirak edib. Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
X.Məmmədov bildirib ki, UEFA-nın təşkilatçılığı ilə baş tutan tədbirdə onun özü ilə yanaşı, AFFA-dan təlimatçı Yaşar Abbasov və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev iştirak edib. Komitə sədri seminarda qitə futbol qurumunun 2017/2018 futbol mövsümündə tətbiq edəcəyi yenilikləri müzakirə olunduğunu söyləyib: "Futbol qaydalarında bəzi dəyişikliklər nəzərdə tutulub. Yenilikləri iyunda yerli federasiyalara göndərəcəklər. Həmçinin, bir sıra metodiki videoçarxlara, bir sıra mübahisəli epizodlara baxdıq. Elə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutan "Barselona" - PSJ görüşünü də orada izlədik. Meydan sahiblərinin 6:1 hesabı ilə qalib gəldiyi matçda baş hakimin qərarlarını müzakirə etdik. Almaniyalı referi Deniz Aytekinin qonaqların qapısına təyin etdiyi penaltilər yanlış qərarlar idi. Orada epizodları izləyən 50 hakim-inspektor var idi, 50-si də başını tutdu".
Qeyd edək ki, anoloji seminar 2007-ci ildən keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/xaqani-memmedov-barselona-psj-matcindaki-penaltilere-gore-hami-basini-tutdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR