Rusiyada 6 min hərbçi hərəkətə keçdi

Rusiyada 6 min hərbçi hərəkətə keçdi
12:17 13 Mart 2017
189 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın cənubunda hərbi təlimlər keçirilir.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, təlimlərdə Krasnodar və Stavropol diyarları, Həştərxan, Volqoqrad vilayətləri, Qaraçay-Çərkəz və Adıgey, o cümlədən Ermənistan və Abxaziyada yerləşdirilən Rusiya hərbi birləşmələrinin hərbi hazırlığı yoxlanılacaq.
 
Təlimlərə 6 min hərbi qulluqçu və 1,5 min ədəd hərbi texnika cəlb olunub.
 
Qeyd olunur ki, təlimlərin keçirilməsində əsas məqsəd hərbi bölmələrin qarşıya qoyulan vəzifələrin icra edilməsinin, habelə döyüş qabiliyyətinin səviyyəsini yoxlamaqdır.
 
Poliqonlarda taktiki təlimlər, habelə döyüş və xüsusi hazırlıqla bağlı tapşırıqlar yerinə yetiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR