Ağcabədidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Ağcabədidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
12:22 13 Mart 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.
"Report" xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib. 
Belə ki, həmin qəsəbənin sakini Təbriz Quliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə, Xocavənd rayon sakini Niyaməddin Abdullayevin idarə etdiyi "KamAZ" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü T.Quliytev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və martın 11-də orada ölüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-yol-qezasinda-xesaret-alan-sexs-xestexanada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR