Birləşmiş Ərəb Əmirliklərinin XİN başçısı Azərbaycana gələcək

Birləşmiş Ərəb Əmirliklərinin XİN başçısı Azərbaycana gələcək
12:22 13 Mart 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zayed əl-Nəhyanın may ayında Azərbaycana rəsmi səfər etməsi planlaşdırılır.
Bunu "Report"a açıqlamasında Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.
O bildirib ki, martın sonunda Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov BƏƏ-yə səfər edəcək. Səfər çərçivəsində R.Usubov BƏƏ-li həmkarı ilə görüşəcək. 
D.Şikarov qeyd edib ki, aprel ayında ikitərəfli iqtisadi komissiyanın növbəti iclasının Əbu-Dabidə keçirilməsi də nəzərdə tutulub. Səfirin sözlərinə görə, iclas baş tutarsa iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti BƏƏ-yə səfər edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/birlesmis-ereb-emirliklerinin-xi-n-bascisi-azerbaycana-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR