Muraddan Avropaya etiraz: "Türklərdən üzr istəyənə qədər..." - FOTO

Muraddan Avropaya etiraz: "Türklərdən üzr istəyənə qədər..." - FOTO
12:27 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Murad Kekilli Hollandiyada türklər üçün təşkil ediləcək konsertə getməkdən imtina edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, son günlər Hollandiya və Almaniyada türklərə qarşı göstərilən haqsızlıqlara etriazını bu yolla bildirib.

O, sosial şəbəkədə "Hollandiya və Almaniyada baş tutacaq konsertlərə getməkdən imtina edirəm. Bütün türklərdən üzr istəyənə qədər də gəlməyi düşünmürəm" yazıb.

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin XİN rəhbərinin təyyarəsini bu ölkəyə buraxmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Niderlandı ziyarət edə bilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/525569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR