Şirvanda zəncirvari yol qəzasında xəsarət alan üç nəfərdən biri xəstəxanada ölüb

Şirvanda zəncirvari yol qəzasında xəsarət alan üç nəfərdən biri xəstəxanada ölüb
12:37 13 Mart 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Şirvan şəhərində zəncirvari yol qəzasında xəsarət alan üç nəfərdən biri xəstəxanada ölüb.
"Report" xəbər verir ki, hadisə martın 6-da şəhərin H.Əliyev prospektində baş verib. 
Belə ki, Şirvan şəhər sakinləri Zahid Eyvazovun idarə etdiyi "Hyundai", Rahid Sadıqovun idarə etdiyi "Mercedes" və Sabirabad rayon sakini Vidadi Cəfərovun idarə etdiyi "Mercedes" markalı 3 avtomobil toqquşub. Nəticədə iki nəfər - V.Cəfərov və Z.Eyvazov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və martın 12-də Z.Eyvazov orada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sirvanda-zencirvari-yol-qezasinda-xesaret-alan-uc-neferden-biri-xestexanada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR