Bəşər tarixində 12 maraqlı kəşf

Metbuat. az bütün dövrlərdə olunan mühüm kəşfləri təqdim edir:

1. Uşaq iflici peyvəndi - 1953-cü ildə amerikalı araşdırmaçı Yonas Salk bu xəstəliyə qarşı peyvənd tapdığını açıqlayıb.

2. Maye kristal - 1888-ci ildə avstriyalı botanik-fizioloq Fridrix Reinitzer tərəfindən kəşf olunub. LCD televizorların mövcudluğu onun kəşfi ilə bağlıdır.

3. Teflon tavalar - Amerikalı kimyaçı Roy Plunkett tərəfindən kəşf olunub.

4. Kağız - Bu kəşfi Amerika xalqları ilə əlaqələndirsələr də, əslində, kağızın kəşfi çinlilərə məxsusdur.

5. Dövrü elementlər cədvəli - 1869-cu ildə rus kimyaçı Dmitri Mendeleyev kimyəvi elementlərin müəyyən ardıcıllıqla düzülə biləcəyini kəşf edib. Daha sonra isə bu elementləri cədvəl şəklində qruplaşdırıb.

6. Nisbilik nəzəriyyəsi - 1905-ci ildə Eynşteyn tərəfindən kəşf olunub.

7. DNA - 1860-cı ildə isveçli kimyaçı Fridrix Mişer tərəfindən kəşf olunub.

8. Elektrik - İngilis alimi Mişel Faradey tərəfindən kəşf olunub.

9. Kondisioner - Əvvəlki dövrlərdə də kondisionerler vardı. İlk müasir elektrikli kondisioner 1902-ci ildə gənc mühəndis Villis Karrier tərəfindən Nyu-Yorkda kəşf olunub.

10. Qan dövranı - Tibb sahəsindəki ən böyük kəşflərdən biridir. İngilis həkim Uilyam Harver tərəfindən ixtira olunub.

11. Mexaniki saat - Bu kəşflə bağlı bir çox mübahisəli fikirlər olsa da ilk mexaniki saatın kəşfi 723-cü ildə çinli riyaziyyatçı İ. Hsinqə məxsusdur.

12. Penisilin - Şotlandiyalı alim Aleksandr Fleminq tərəfindən kəşf olunub. Əgər bu kəşf olmasaydı, bir çox xəstəliklərin qarşısını almaq mümkün olmazdı.

Sərdar / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR