Tbilisi. 13 mart. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı (ABB)-Gürcüstan”ın baş direktoru Emil Abasbəyli “Gürcüstan Banklar Assosisasiyası”nın (GBA) İdarə Heyətinin üzvü seçilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, onun “Gürcüstan Banklar Assosisasiyası”nın İdarə Heyətinin üzvlüyünə namizədliyi assosiasiya komitəsinin fevral ayında keçirilən iclasında irəli sürülmüşdü.
Bu günlərdə keçirilmiş geniş iclasda E.Abasbəylinin namizədliyi təsdiq olunub və o, GBA İdarə Heyətinin üzvü olub.
E.Abasbəyli “Report”un Gürcüstan bürosuna açıqlamasında deyib ki, GBA 1994-cü ildə yaradılıb. Qurum prezident və 6 nəfərlik İdarə Heyəti tərəfindən idarə olunur. GBA əsasən Gürcüstanda bank xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, investisiya qoyuluşunun dəstəklənməsi, banklar arasında əməkdaşlığın gücləndirilməsi, bank sisteminin təhlükəsizliyinin təmin olunması, kreditləşmənin həcminin artması üçün yeni bank resurslarının yaradılması, habelə, ölkədə bank sektorunun müflisləşməsinin qarşısının alınması kimi funksiyaları həyata keçirir.
“Azərbaycan Beynəlxalq Bankı (ABB)-Gürcüstan” səmərəli və şəffaf fəaliyyətinə görə Gürcüstanda seçilir. Bank şəffaflıq, daimi tərəqqi, hərtərəfli bank xidmətləri və ictimai məsuliyyət göstəricilərinə görə, universal və dinamik inkişaf edən bank standartları əsasında etibarlılıq və müasir bank sisteminin yüksək dərəcəsi nominasiyalarının qalibi olub.
Hazırda “ABB-Gürcüstan” ölkənin bank sektorunda aparıcı yerlərdən birini tutur, iri korporativ müştərilər üçün əsas müştəri bazasıdır.
Baş direktor onu da bildirib ki, fevral ayında Azərbaycan Beynəlxalq Bankının tö
“ABB-Gürcüstan”ın əsasmissiyası Gürcüstanın maliyyə bazarında Azərbaycan kapitalının