"İndependent": Sərt "Brexit" Britaniyaya baha başa gələcək

"İndependent": Sərt "Brexit" Britaniyaya baha başa gələcək
12:47 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Böyük Britaniya Avropa İttifaqından (Aİ) ayrılma prosesində sərt şərtlər tətbiq edərsə, ölkə "güclü iqtisadi şok" keçirəcək. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumatı ölkənin nüfuzlu "İndependent" qəzeti Maliyyə Nazirliyinə istinadən yayıb. Nazirliyin məxfi hesabatında bildirilir ki, sərt "Brexit" nəticəsində Britaniyanın vahid Avropa bazarına çıxışı Pakistan, Ruanda və ya Yəmən kimi ölkələrdən daha az olacaq.
Sərt "Brexit" şəraitində Britaniyanın Aİ ilə iqtisadi və ticarət münasibətləri Ümumdünya Ticarət Təşkilatının (ÜTT) normaları ilə aparılacaq. ÜTT tərəfindən qoyulan qaydalar Britaniyada istehsal olunan mal və xidmətlərin 80%-ni əhatə edəcək. Belə ki, ÜTT normalarına geri dönülərsə, Britaniyanın kənd təsərrüfatı mallarının ixrac rüsumu 14,4%, digər mallara isə 4,3% olacaq. Bu da britaniyalı şirkətlərin rəqabət qabiliyyətliliyini azaldacaq.
Qeyd edək ki, "Brexit"in başlanğıc tarixi dəqiq məlum olmasa da, Britaniya hökuməti bunun mart ayının sonunda baş verəcəyini bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-ndependent-sert-brexit-britaniyaya-baha-basa-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR