Azərbaycanda nağdsız ödənişlərin həcmi 21% artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 21% artıb
12:57 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanda cari ilin yanvar ayında ATM və POS-terminallar vasitəsilə 85 mln. manat həcmində 1 226 min əməliyyat həyata keçirilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 15 mln. manat və ya 21,4% artıb. Əməliyyatların 57 mln. manatı POS-terminallar, 28 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 20 mln. manat və ya 54% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 5 mln. manat və ya 15% azalma qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-nagdsiz-odenislerin-hecmi-21-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR