Bakıda yaşlı kişini başından vurub öldürdülər

Bakıda yaşlı kişini başından vurub öldürdülər
12:57 13 Mart 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda meyiti tapılan şəxsin öldürüldüyü məlum olub.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firuddin Hüseynovun üzərində baş nahiyəsinə küt alətlə xəsarət yetirilməyə xarakterik olan meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Məmmədov tutulub.
 
Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyənləşib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR