19 dərəcə isti olacaq

19 dərəcə isti olacaq
13:04 13 Mart 2017
128 Digər
Ölkə mətbuatı
A- A+

Martın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah  bəzi yerlərdə duman olacaq, səhər saatlarında çiskin müşahidə ediləcək. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

 

Sabah əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR