Azərbaycanda sabiq dövlət məmuru vəfat etdi

Nazirlər Kabinetinin maliyyə-kredit şöbəsinin sabiq müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, 1990-2000-ci illərdə Nazirlər Kabinetində şöbə müdiri vəzifəsini yerinə yetirən Oqtay Haqverdiyev tez-tez mətbuat nümayəndələri ilə görüşür, onların suallarını cavablandırır, müsahibələr verirdi. Tanınmış ekspertin çıxışları dəqiqliyi və reallıqdan uzaq olmaması ilə seçilirdi. Təqaüdə çıxdıqdan sonra belə media nümayəndələri ilə əlaqəsini saxlayan ekspert, daima manatın məzənnəsi ilə bağlı öz proqnozunu verirdi.

Allah rəhmət eləsin!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR