Ancelina Coli keçmiş həyat yoldaşına CADU YAZDIRDI - FOTOLAR

Ancelina Coli keçmiş həyat yoldaşına CADU YAZDIRDI - FOTOLAR
13:18 13 Mart 2017
166 Şou
Ölkə mətbuatı
A- A+

Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittə cadu etdirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 12 illik münasibətlərdən sonra rəsmi şəkildə evlənməyə qərar verən məşhur cütlük haqqında yeni fakt üzə çıxıb. Məlum olub ki, cazibədar aktrisa aktyorla evliliyinin uzunömürlü olması üçün qəribə addım atıb.

İrəli sürülən iddialara görə, şərq mədəniyyəti ilə yaxından maraqlanan Ancelina Coli keçən il gizlicə Kambocada cərrahiyyədə istifadə polad iynələrlə döymə etdirib.

Banqkokda yaşayan məşhur döymə ustası Ajar Noo Kanpai bu döymələri etmək üçün Banqkokda Kambocaya gedib. Usta klassik və müasir döymə tapançasının yerinə işarələri daha çox acı verən polad iynə quraşdırılmış çubuqlarla yazıb.

O, Colinin kürəyinə üç Sak yant, Brad Pittin qarınına isə buddist işarələrinin döyməsini edib. Ancelina Colinin döyməsi Brad Pitti onu simvolik olaraq əbədi olaraq bağlaması üçün xüsusi hazırlanıb. Sözügedən döymə işarələri sonsuza qədər davam edən evlilik cadusu hesab olunur.

Taylandlı mütəxəssisin aktrisanın kürəyinə yazdığı anlaşılmaz işarələrin şəkilləri sosial şəbəkədə yayılıb.

Xatırladaq ki, cütlük ötən ilin sentyabrında ayrılmağa qərar verib.

Aytən








Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/191157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR