Hamı fəxri kürsüyə bayraqla çıxdı, bizimkilər əliboş - FOTO

Hamı fəxri kürsüyə bayraqla çıxdı, bizimkilər əliboş - FOTO
13:27 13 Mart 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

İranın Əhvaz şəhərində ağırlıqqaldırma üzrə keçirilən II Beynəlxalq Fəcr Kuboku başa çatıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millisi vətənə 3 medalla qayıdıb.

Komandamızın heyətində Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq) və Sənan Mirzəyev (85 kq) 3-cü yeri tutublar.
 
Amma onların mükafatlandırma mərasimindəki hərəkətləri Azərbaycan idman ictimaiyyəti tərəfindən təəccüblə qarşılanıb. Belə ki, 3 bürünc medal qazanan ağırlıqqaldıranımızdan heç biri fəxri kürsüyə Azərbaycan bayrağı ilə qalxmayıb. Halbuki, digər mükafatçıların hamısı bu addımı atıblar.  
 
Məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyadan apasport.az bildirilib ki, yığma İrana bayraqla yollanıb. Ancaq fəxri kürsüyə bayraqla çıxmaq idmançının öz istəyilədi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR