Sərnişin gəmisi təmirdən sonra da neftçilərə xidmət edəcək - FOTO

Sərnişin gəmisi təmirdən sonra da neftçilərə xidmət edəcək - FOTO
13:32 13 Mart 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "MPK-460" sərnişin gəmisi "Bibiheybət" Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb.

Milli.Az xəbər verir ki, QSC-dən Trend-ə verilən məlumata görə, qısa vaxtda gəminin sükan-pər qurğusu açılıb, pərvanələr balanslaşdırılıb, lövbər və zəncirləri rənglənərək yerinə yığılıb. Hazırda gəminin gövdəsi pasdan təmizlənir. İşlərin yekununda isə uzunluğu 34, eni 7 metr olan gəminin bütün sualtı hissəsi rənglənəcək.

Xəzər Dəniz Neft Donanmasında istismar edilən 66 sərnişin tutumuna malik gəminin maksimal sürəti 11-12 üzeldir. Neftçilərin və çox da ağır olmayan yüklərin Neft Daşları və platformalara daşınmasını həyata keçirən gəminin yaxşı manevr qabiliyyəti estakadalar arasında effektiv idarəsinə imkan verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/525600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR