Yemək bişirmək üçün yeni soba hazırlandı - VİDEO

Yemək bişirmək üçün yeni soba hazırlandı - VİDEO
13:33 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Günəş şüalarını bəlli bir nöqtəyə cəmləməklə bir neçə saniyə ərzində yemək bişirmək üçün lazım olan istiliyi əldə etmək mümkün olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni icad olunmuş yemək hazırlamaq üçün avadanlıq elektrik enerjisi və yanacaq istifadə etmədən yalnız günəş şüaları vasitəsilə işləyir. Cihazın yaradıcıları bildirirlər ki, təxminən 1000 vatt enerji axını verən bu avadanlıq qril və manqaldan beş dəfə tez bişirir.

İstifadəçilər artıq avadanlığı “Günəş sobası” və ya “Günəş mətbəxi” adlandırırlar. Bu cihaz vasitəsilə hətta bəzi quraq ölkələrdə yararsız suyu şirinləşdirilərək içməli hala da gətirirlər. Günəş sobasının istifadəsi olduqca rahatdır. Cihazda həmçinin su qaynatmaq da mümkündür.

“Günəş sobası”nı bağ və fərdi evlərdə, eləcə də mənzillərin balkonunda quraşdırmaq mümkündür. Cihazı kiçik küçə restoranlarında da rahat şəkildə istifadə etmək olar.

Şəfiqə Şəfa


Xəbərin orijinal ünvanı: http://publika.az/news/metbex/191160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR