"Bir sıra Avropa ölkələrinin Suriya və Yaxın Şərq dövlətləri ilə bağlı səhv siyasəti regionda terrorizmin yayılmasına gətirib çıxardı".
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri Suriya prezidenti Bəşər Əsəd Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdə səsləndirib.
“Dəməşqə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı Avropa ölkələrinin siyasəti terrorizmin yayılmasına və Avropa ölkələrinə qaçqınların böyük axınına gətirib çıxardı”, - Əsəd bildirib.
Ömər