Hokkey tarixində ən uzun sürən oyun keçirilib

Hokkey tarixində ən uzun sürən oyun keçirilib
13:42 13 Mart 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Hokkey üzrə Norveç çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Storhamar" - "Sparta" görüşü bu idman növünün tarixində ən uzun sürən oyun olub. 

Milli.Az report-a istinadən xəbər verir ki, Hamar şəhərində baş tutan matç 217 dəqiqə 14 saniyə çəkib və 11 dövrəni əhatə edib.

Yerli vaxtla saat 18:00-da başlayan oyun 02:32-də başa çatıb və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, əvvəlki rekord 1936-cı ildə Milli Hokkey Liqasında "Detroyt"la "Monreal" arasında baş tutan matça təsadüf edib. Həmin vaxt hokkeyçilər 176 dəqiqə 30 saniyə buz üzərində qalıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR