Fransa prezidentliyinə namizəd: “Türkiyə Avropa İttifaqına üzv ola bilməyəcək”

Fransa prezidentliyinə namizəd: “Türkiyə Avropa İttifaqına üzv ola bilməyəcək”
13:42 13 Mart 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ “Fransa hakimiyyəti Türkiyənin Avropa İttifaqına üzv ola bilməyəcəyini açıq-aşkar deməlidir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd Fransua Fiyon “Europe1” radiostansiyasında çıxışı zamanı bildirib.
O deyib ki, bunu Türkiyəyə demədiklərinə görə, Avropanın başqa dövlətləri də tənqid edilməlidir.
“Türkiyə ilə münasibəti başqa formada qurmaq lazımdır. Ancaq biz 30 ildir Türkiyənin Avropa İttifaqına daxil olması məsələsini müzakirə edirik. Fikrimcə, hazırda Türkiyə ilə münasibətlərində gərginliyə səbəblərdən biri də bu məsələdir”, - deyə prezidentliyə namizəd vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-avropa-i-ttifaqina-uzv-ola-bilmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR