"Qarabağ"ın qapıçısına yeni rəqib

"Qarabağ"ın qapıçısına yeni rəqib
13:47 13 Mart 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu balkan təmsilçisinin baş məşqçisi Mehmed Bajdareviç açıqlayıb.

O bildirib ki, Ağdam təmsilçisinin qolkiperi bu ay keçiriləcək qarşılaşmalarda yığmanın düşərgəsində olacaq. Mütəxəssis martın 25-də Cəbəllütariqlə DÇ-2018-in seçmə, 28-də Albaniya ilə yoldaşlıq oyununa dəvət edəcəyi qapıçıların adlarına aydınlıq gətirib.
 
Bajdareviç qeyd edib ki, bu dəfə ənənədən kənara çıxıb, 3 deyil, 4 qapıçı çağıracaq. Yığmanın "1 nömrə"si "Çelsi"li Asmir Beqoviçə üç əvəzləyici görən çalışdırıcı Şehiçlə yanaşı, "Lex"dən olan Yasmin Buriç və "Zrinski"nin əlcək sahibi Kenan Piriçi də heyətə daxil edib. Digər "üçlük"dən fərqli məhz sonuncu yeni simadı və bu mövqedə rəqabəti daha da artırmalıdı.
 
"Adanaspor"lu Qoran Karacic də mütəxəssisin diqqətdə saxladığı qapıçı olsa da, son vaxtlar ehtiyatda qalması onun yolunu bağlayıb.
 
Qeyd edək ki, Şehiç ölkəsinin əsas yığmasında 6 oyun keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/525592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR