Hollandiya vətəndaşlarına xəbərdarlıq edildi

Hollandiya vətəndaşlarına xəbərdarlıq edildi
13:52 13 Mart 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Niderland Krallığı yaşanan diplomatik qalmaqalla əlaqədar Türkiyədə yaşayan vətəndaşlarına xəbərdarlıq edib. 

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Krallıq Türkiyədə yaşayan Hollandiya vətəndaşlarını diqqətli olmağı çağırıb. 

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Hollandiyaya buraxılmaması ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə iki etiraz notası təqdim edib. İlk nota Fatma Betül Sayan Kaya və onun yanındakı nümayəndə heyətinin məruz qaldığı durumla bağlıdır. Notada nazirə qarşı edilən hərəkətin beynəlxalq qanunlara zidd oluduğu bildirilib. İkinci notada isə Hollandiya polisinin konsulluq önündə türklərə qarşı sərt müdaxiləsi ilə bağlıdır. 

Digər tərəfdən Hollandiyanın Ankaradakı səlahiyyətli nümayəndəsi üçüncü dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/525634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR