"Bu da mənim üçün problem deyil" - Millimizin üzvü

"Bu da mənim üçün problem deyil" -   Millimizin üzvü
14:07 13 Mart 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

“Qol vurub komandama qələbə qazandırmaq yaxşıdı, amma bu qolun müəllifinin kimin olması əhəmiyyətli deyil. Artıq qazandığımız hər xal bizə vacibdir. Əsas komandanın uğurudur".


Fanat.Az xəbər verir ki, bu sözləri milli komandamızın və Almaniyanın "Aue" klubunun  üzvü Dmitri Nazarov deyib.


Təcrübəli yarımmüdafiəçi II budesliqanın 24-cü turunda “Karlsrue” ilə oyunda penaltidən fərqlənərək komandasına qələbə qazandırıb. 


Nazarov bununla bağlı Almaniya mətbuatına açıqlama verib. O, penalti vurmağın çox asan olduğunu bildirib: “Həmişə penalti zamanı topu göndərəcəyim küncü əvvəlcədən müəyyənləşdirirəm. Əlavə nəsə fikirləşmirəm. Zərbə anında gördüm ki, qapıçı həmin küncə tullanmağa hazırlaşır. Ancaq bu da mənim üçün problem deyil. Zərbə vurduğum zaman heç vaxt topun qapıdan keçib-keçməyəcəyini düşünmürəm. Sadəcə, topa yaxınlaşıb zərbəni vururam”.


Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm "Aue"nin heyətində 4 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbu-da-mnim-ucun-problem-deyilquot-t56883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR