Azərbaycanda qarışqanın rekordunu təzələyən sürücü - VİDEO

Azərbaycanda qarışqanın rekordunu təzələyən sürücü - VİDEO
14:13 13 Mart 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarışqanın özündən 50 dəfə çox yük daşıması əksəriyyətə məlumdur. Bakıda isə qarışqanın rekordunu təzələyən sürücüdən heç kimin xəbəri yoxdur. Rayonlardan birində sürücü minik maşınına o qədər yük vurub ki, görənlərə yük avtomobilini xatırladır. Sosial şəbəkələrdə yayılan həmin görüntü müzakirə mövzusuna çevrilib. Sual yaranır; yük, yoxsa minik avtomobili?

Sürücü təyinatı minik avtomobili olan ''QAZ-31''ə o qədər yük vurub ki, kənardan yük maşnına oxşayır. Hələ bu azmış kimi sürəti də saatda 80-90 kilometrdən çoxdur. Görüntü son günlər sosial şəbəkələrdə paylaşılıb və geniş müzakirlərə səbəb olub. Ünvan dəqiq bilinməsə də kadrlar baxdıqda hansısa rayon yolunda çəkildiyi ehtimal edilir. Yunla dolu olan kisələr avtomobilə yüklənib və iplə bərkidilib. Sürücü həmin kisələri avtomobilin üstünə elə yükləyib ki, yan güzgülərlə arxanı belə görə bilmir. sürücü özü ilə yanaşı digər hərəkət iştrakçıları üçün də böyük təhlükə yaradır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da sürücünün kobud qayda pozduğunu deyir. Bəs bu hərəkətinə görə sürücünü hansı cəza gözləyir? Əgər yolda həmin sürücü polis tərəfindən saxlanılarsa ona cərimə yazılmaqla məsələ bitməməlidir. Yük avtomobildən boşaldılmalı, normaya salındıqdan sonra hərəkətinə icazə verilə bilər.

(xezerxeber.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/191166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR