Bakının mərkəzində daha bir marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək

Bakının mərkəzində daha bir marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək
14:17 13 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 mart. REPORT.AZ/ Bakıda 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumata görə, dəyişiklik nəticəsində Həsən Əliyev, Ceyhunbəy Hacıbəyli küçələri, eləcə də Atatürk prospektində yaşayan sakinlərin 4 nömrəli marşrut xəttindən istifadə etməklə Montin qəsəbəsi, metronun "N.Nərimanov" və "Xətai" stansiyalarına rahat gediş-gəlişi təmin ediləcək.
"Belə ki, bu marşrut xətti üzrə avtobuslar metronun "Xətai" stansiyası istiqamətində hərəkət edərkən F.X.Xoyski küçəsindən Atatürk prospektinə, daha sonra Həsən Əliyev və C.Hacıbəyli küçələrindən keçməklə yolunu davam etdirəcək", - deyə BNA-nın məlumatında bildirilib. 
Qeyd edək ki, 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 20 mart tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakinin-merkezinde-daha-marsrut-xettinin-hereket-trayektoriyasi-deyisdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR